VirtualWorks.Az ilə Azərbaycan Beynəlxalq Bankı arasında müqavilə imzalanıb
VirtualWorks.Az ilə Azərbaycan Beynəlxalq Bankının Mərkəz filialı arasında müqavilə imzalanıb.Müqaviləyə əsasən VirtualWorks.Az platformasında aparılan elektron ödənişlər Azərbaycan Beynəlxalq Bankının proqresinq mərkəzi olan Azəricard elektron ödəniş sisteminin vasitəsi ilə aparılacaq. Bundan əlavə VirtualWorks.Az istifadəçilərinin platforma üzərindən qazandıqları vəsaitin saytdakı hesablarından komissiya haqqı olmadan çıxarılması üçün Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq sazişi haqqında danışıqlar gedir.