Şərtlər və qaydalar

VirtualWorks.Az aşağıdakı Xidmət Şərtləri çərçivəsində sizə  onlayn işgördürən və işgörən xidməti təqdim edir. Platformamızdan istifadə edərək, aşağıdakı şərtləri oxuduğunuzu, başa düşdüyünüzü və qəbul etdiyinizi düşünürük. Siz saytımızın “Məxfilik siyasəti” ilə tanış ola bilərsiniz.

Xidmət Şərtləri vaxt keçdikcə dəyişdirilə bilər, buna görə hər dəfə edilmiş dəyişikliklər üçün bu səhifəni yoxlamalısınız. Hər hansı bir böyük dəyişiklik əhatə blog-a əlavə olunacaq. 

Xidmət Şərtləri 2 may 2021-ci il tarixindən etibarən qüvvəyə minir.

2. İşgördürənlər (Şirkət)

İşgördürən veb saytımızda “Şirkət” kimi qeydiyyatdan keçir. İş haqqında elan yerləşdirir və elan yerləşdirən zaman iş barəsində məlumatları daxil edir. Bu zaman saytımızdakı işgörənlər həmin elan üçün öz təkliflərini bildirirlər. İşgördürənin müvafiq təklifi qəbul etməsi üçün işgörənin verdiyi təklifin məbləği qədər saytımızda kredit balansı olmalıdır ki, həmin təklifi qəbul etsin. Əgər kredit balansı kifayət etmirsə balansını saytımızda olan müvafiq paketlərdən birini seçməklə artıra bilər. Təklif qəbul edildikdən sonra İşgördürənin saytımızdakı balansından təklifin məbləği qədər vəsait dondurulur və işgörənə işə başlaması haqqında müvafiq bildiriş göndərilir. İşgördürən və iş görən arasında yazışmalar və ya müvafiq faylların təqdim edilməsi saytımız üzərindən həyata keçirilməlidir ki, gələcəkdə yarana bilən mübahisəli məsələlərin həllində həmin informasiyalardan istifadə edilsin. İşgörən tərəfindən işin başa çatması haqqında bildiriş göndərildikdən sonra əgər işin uğurla görülməsi İşgördürən təfəfindən də təsdiq edilərsə, İşgördürənin saytımızdakı balansından dondurulmuş vəsait işgörənin saytımızdakı balansına köçürüləcək. Və bundan sonra tərəflər bir-birləri haqqında öz rəylərini bildirib qiymətləndirməni həyata keçirirlər. İşgördürənin yalnız özü tərəfindən təsdiq edildiyi vəsaitlər onun balansından çıxacaqdır.

3. İşgörənlər (freelanserlər)

İşgörən veb saytımızda “freelancer” kimi qeydiyyatdan keçir. İşgörən saytımızdakı öz profil məlumatlarını tam doldurmalıdır ki, saytımızda məhdudiyyətsiz fəaliyyət göstərə bilsin.İşgörən saytımızda yerləşdirilmiş iş elanlarına öz təklifini bildirir. İşgördürən təklifi qəbul etdikdən sonra iş görənə sayt tərəfindən iş başlaması haqqında müvafiq bildiriş göndərilir. Bu bildiriş gələn zaman işgörən tam əmin ola bilərki təklif etdiyi məbləğ işgördürənin saytımızdakı balansında dondurularaq sayt tərəfindən saxlanılacaqdır. İşgörən və işgördürən arasında yazışmalar və ya müvafiq faylların təqdim edilməsi saytımız üzərindən həyata keçirilməlidir ki, gələcəkdə yarana bilən mübahisəli məsələlərin həllində həmin informasiyalardan istifadə edilsin. İş başa çatdıqda işgörən “Bitir” düyməsini seçir və işgördürənə işin başa çatması haqqında sayt tərəfindən bildiriş göndərilir. İşgördürən işin uğurla görülməsini təsdiq etdikdən sonra, işgördürənin saytımızdakı balansından dondurulmuş vəsait işgörənin saytımızdakı balansına köçürülür və bundan sonra tərəflər bir-birləri haqqında öz rəylərini bildirib qiymətləndirməni həyata keçirirlər.

3. Balansda olan vəsaitlərin çıxarılması

İşgördürən və ya işgörən saytımızdakı balanslarından vəsaitin çıxarılması barədə saytda yeni sorğu yaradırlar. Həmin sorğu sayt tərəfindən yoxlanılır, əgər çıxarılması nəzərdə tutulan məbləğ balansda mövcuddursa növbəti 5 iş günü ərzində tələb olunan vəsait sorğu yerləşdirənin sorğuda göstərdiyi müvafiq bank hesabına köçürülür.